Azərbaycanda onlayn nəzir vermək mümkün olacaq: Məscid və ziyarətgahlara rəhbər belə təyin olunacaq

 11-03-2022

Azərbaycanda dini qurumlar ianə edilmiş pul vəsaitlərini plastik kart və elektron ödəmə sistemləri vasitəsilə qəbul edəcək.

MillətinSəsi.info xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev "Dini etiqad azadlığı haqqında" qanuna dəyişiklik edilməsi barədə qanunu təsdiqləyib.

Qanuna dəyişikliklə dini qurumlar könüllü ianələr üçün müraciət edə, habelə bu ianələri nağd və ya bank, poçt, plastik kart, elektron ödəmə sistemləri yaxud internet vasitəsilə qəbul edəcək.

Bundan başqa, İslam dininə aid ibadət yerlərinə və ziyarətgahlara din xadimləri Qafqaz Müsəlmanları İdarəsinə məlumat verilməklə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi tərəfindən təyin olunacaq.

Bu, Prezident İlham Əliyevin tətbiqi barədə fərman imzaladığı “Dini etiqad azadlığı haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” qanunda əksini tapıb.

Qüvvədə olan qanuna görə, İslam dininə aid ibadət yerlərinə və ziyarətgahlara rəhbərlik edən din xadimləri Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinə məlumat verilməklə Qafqaz Müsəlmanları İdarəsi tərəfindən təyin olunur. Qanun layihəsi səsə qoyularaq üçüncü oxunuşda qəbul edilib.

Onu da qeyd edək ki, indiyədək Dini qurumlara ianə edilmiş pul vəsaitləri Qafqaz Müsəlmanları İdarəsi tərəfindən bölüşdürülürdü. Qurumun rəhbəri Allahşükür Paşazadə bu pulları hara xərclədiyi məlum olmasa da, özünə mənbəyi açıqlanmayan pullar hesabına ölkədə və xaricidə bahalı əmlaklar aldığı məlumdur. 

Bənzər yazılar

0.21645402908325