"Azərişıq"a işə düzəldəcəm DEYİB, pulunu alıb YOXA ÇIXDI

 04-06-2022

Dələduzluqda şübhəli bilinən Rəşad Salayevin cinayət işi üzrə ibtidai istintaq yekunlaşıb.

Lent.az xəbər verir ki, iş üzrə toplanan materiallar baxılması üçün Binəqədi rayon Məhkəməsinə göndərilib. İş hakim Mahirə Kərimovanın icraatına verilib.

Əldə etdiyimiz məlumata görə R. Salayevin dələduzluq əməlindən bir zərərçəkmiş var. Belə ki, R.Salayev İ.Əsədovu “Azərişıq”a işə düzəlmək vədi verib. Bu məqsədlə o zərərçəkmişindən 9 min manat alıb. Ancaq sonradan yoxa çıxıb.

Aldanıldığını görən İ. Əsədov hüquq-mühafizə orqanlarına müraciət edib.

Hazırda iş hakim M. Kərimovanın icraatına araşdırılır.

Bənzər yazılar

0.20577502250671