Tolqahan Sayışman efirdə göz yaşlarını SAXLAYA BİLMƏDİ - VİDEO

 04-06-2022

Türkiyənin məşhur aktyoru Tolqahan Sayışman atası ilə bağlı sual qarşısında göz yaşlarını saxlaya bilməyib.

Tolqahan Sayışman BluTV-də yayımlanan “40” verilişinin qonağı olub.

Veriliş boyunca sualları tam səmimiyyətlə cavablandıran aktyor atasının adını eşidəndə duyğulu anlar yaşayıb. Aparıcının “Tolqahan Sayışman atasından nə gördü?” sualı qarşısında Tolqahan göz yaşlarına boğulub. 

O, hisslərini belə izah etməyə çalışıb: 

“Belə bir suala belə reaksiya verəcəyimi bilmirdim. Mən elə adam deyiləm. Atam deyəndə ağlıma oğlum Efehan, atama qarşı etdiyim səhvlər gəlir. Mən ondan çox təsirləndim. Emosional olmağımın səbəbi təkcə atam deyil, çoxlu hadisələrdir. Oğlunuz olanda bəzi şeyləri başa düşəcəksiniz”.

mənbə: haberglobal

Bənzər yazılar

0.18861508369446