Yay mövsümündə şəhər sakinlərinin bağlara və çimərliklərə gediş-gəlişinin təmin edilməsi məqsədilə 101, 107, 171, 179 və 180 nömrəli müntəzəm marşrutların hərəkət sxemləri iyunun 15-dən çimərlik ərazilərinə təşkil edilib.
Yeniavaz.com xəbər verir ki, bu barədə Bakı Nəqliyyat Agentliyi (BNA) məlumat yayıb.
Dəyişikliyə əsasən, 171 nömrəli müntəzəm marşrutun hərəkət istiqaməti “Sea Breeze” istirahət mərkəzinədək təşkil edilib.
Nardaran qəsəbəsində və “Ləhiş bağları” adlanan ərazidə yerləşən “Sea Breeze” adlı istirahət mərkəzi, həmçinin eyniadlı yaşayış kompleksi Azərbaycanın Xalq artisti və iş adamı Emin Ağalarova məxsusdur.
Çimərliklərə təşkil olunan digər avtobuslar isə bunlardır:
- 101 nömrəli müntəzəm marşrutun hərəkət istiqaməti “Türkan” çimərliyinədək;
- 107 nömrəli müntəzəm marşrutun hərəkət istiqaməti “Buzovna” çimərliyinədək;
- 179 nömrəli müntəzəm marşrutun hərəkət istiqaməti “Pirşağı” çimərliyinədək;
- 180 nömrəli müntəzəm marşrutun hərəkət istiqaməti “Zirə” çimərliyinədək təşkil edilib.