6 iyun, gecǝ 01:00-dan etibarən Bakı Şəhər Halqasının əhatə etdiyi küçə və prospektlərdə nəqliyyatın hərəkəti məhdudlaşacaq.
Bakı Nəqliyyat Agentliyindən MillətinSəsi.info-a verilən xəbərə görə, bu səbəbdən, 20 marşrut xəttinin hərəkət sxemində aşağıda qeyd edildiyi kimi müvəqqəti dəyişikliklər ediləcək.
1, 2, 4, 10, 46, M3 və H1 nömrəli marşrutlar üzrə avtobuslar alternativ olaraq D. Əliyeva küç., K. Səfərəliyeva küç., Nizami küç., Neftçilər pr. - Y.Səfərov küç, ilə təşkil ediləcək;
5 və 88 nömrəli marşrutlar üzrə avtobusların son dayanacaq məntəqəsi 28 May m.st olmaqla hərəkəti 28 May m/st. - Puşkin küç., D. Əliyeva küç., 28 May küç, R. Behbudov küç. ilə təşkil ediləcək;
6 nömrəli marşrut üzrə avtobusların fəaliyyəti 2 istiqamət üzrə yəni 20-ci Sahə y/m - M. Useynov küçəsi və Axundov bağı – Azadlıq prospekti metro stansiyası istiqamətində təşkil ediləcək;
6, 18, 31, 37 və 77 nömrəli marşrutlar üzrə avtobusların son dayanacaq məntəqəsi B. Sərdarov küç. olmaqla Ş. Şamil küç., Lermantov küç., B. Sərdarov küç. ilə təşkil ediləcək;
53 nömrəli marşrut üzrə avtobusların son dayanacaq məntəqəsi M. Useynov küç. olmaqla təşkil ediləcək;
125 və 127 nömrəli marşrutlar üzrə avtobusların son dayanacaq məntəqəsi 28 May m/st olmaqla Bakı Dairəvi Avtomobil yolu, M. Müşfiq küç., Ş. Bədəlbəyli küç. ilə təşkil ediləcək;
61 nömrəli marşrut avtobuslarının hərəkəti S. Vurğun küç. - Ş. Bədəlbəyli küç. – R. Behbudov küç. ilə təşkil ediləcək;
65 nömrəli marşrut üzrə avtobusların hərəkəti M. Muxtarov küç., - Ə. Cavad küç., - Azərbaycan pr. ilə təşkil ediləcək;
205 nömrəli marşrut avtobuslarının hərəkəti Lökbatan NMM – Bakı Dairəvi Avtomobil yolu – M. Müşfiq küç. daha sonra öz xətti ilə hərəkətini davam etdirəcək;