Ləğv edilən “Yunayted Kredit Bank” ASC məhkəməyə verildi

 21-06-2023

500 min manata qədər pulu mənimsəkdə ittiham edilərək həbs edilən ləğv edilən “Yunayted Kredit Bank” ASC-nin İdarə Heyətinin sədr müavini Vahid Əliyev məhkəməyə müraciət edib.

Qaynarinfo.az-ın məlumatına görə, Əliyev Vahid Ağababa oğlu 2016-cı ildə lisenziyası ləğv edilən “Yunayted Kredit Bank” ASC-ni məhkəməyə verib.

Onun məhkəməyə müraciət etməsində səbəb “Yunayted Kredit Bank” ASC-də sədr müavini işlədiyi dönəmdə əmək haqqını almaması göstərib. Vahid Əliyev ləğv prossesində olan bankdan maaşını tələb edir.

İşə Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin hakimiEmin Məmmədlinin sədrliyi ilə baxılacaq.

Qeyd edək ki, Vahid Əliyev “Yunayted Kredit Bank”ın Gəncə şəhər filialında 2011-ci ildən banka pul qoyan 15 nəfər müştərinin 500 min manata yaxın pulunu mənimsəməkdə ittiham edilərək, 2017-ci ildə həbs olunub.

İttihamda qeyd edilib ki, Vahid Əliyevin başçılığı altında “Yunayted Kredit Bank”ın Gəncə filialının müdiri Nərminə Dərgahzadə, baş mühasibi Bağırlı Ramal Camal oğlu və xəzinədarı Qəniyev Elçin İlqar oğlundan ibarət bir qrup şəxs qabaqcadan insanların 500 min manata qədər pullarını mənimsəyiblər.

Bənzər yazılar

0.25601696968079