Sumqayıt bulvarının işıqlanma sistemi hər ay pul “yeyir”?

 19-06-2023

Sumqayıt Şəhər İcra Hakimiyyəti başçısının tabeliyində “Sumqayıt Bulvar” MMC bulvar ərazisində işıqlanma sisteminin əsaslı təmirinin satın alınması ilə bağlı müsabiqə elan edib. 

Valyuta.az xəbər verir ki, müsabiqə iyulun 21-nə qədər davam edəcək. 

“Sumqayıt Bulvar” MMC bu ilin may ayında bulvar ərazisində işıqlanma sisteminin əsaslı təmiri işlərinin satın alınması ilə bağlı “Azfen-TTQ” MMC ilə maliyyə dəyəri 129.606,57 AZN təşkil edən müqavilə bağlayıb. 

Bir ay sonra yenidən bu lot üzrə tender elan edilməsi maraqlıdır. 

 

Bənzər yazılar

0.29954409599304