Vergi Məcəlləsinə edilən dəyişiklik avtomobil bazarında nəyi dəyişəcək?

 19-06-2023

Milli Məclisin iclasında Vergi Məcəlləsinə dəyişiklik edilib. Dəyişikliyə əsasən Azərbaycanda istehsal olunan minik avtomobillərinin satışı 10 il müddətinə əlavə dəyər vergisindən (ƏDV) azad olunacaq. Dəyişiklik ölkə ərazisində yerli avtomobil istehsalının dəstəklənməsini nəzərdə tutur. 

İqtisadçı ekspert Natiq Cəfərlinin fikrincə, tanınmış xarici avtomobil brendlərinin Azərbaycanda heç olmasa yığılması baş verəcəksə, ƏDV-dən azad olunma nəticəsində həmin avtomobillərin bazarda alıcısı da olacaq:

“Azərbaycanda yerli avtomobil istehsalı klassik anlamda yoxdur. Heç olmasa avtomobil detallarının 25 faizi ölkəmizdə istehsal olunmalıdır ki, klassik anlamda avtomobil istehsalından danışa bilək. Ölkəmizə avtomobillər xaricdən gətirilir, burada isə onun sadəcə olaraq yığılması mövcuddur. Belə avtomobillərin ƏDV-dəna zad olması qiymətlərin 15-18 faiz ucuzlaşmasına səbəb ola bilər.

Amma Azərbaycan bazarında belə maşınların rəqabətə tab gətirməsi tək qiymətdən asılı deyil. Keyfiyyət, təmir və digər amillər də burada rol oynayır. Tanınmış xarici avtomobil brendlərinin heç olmasa Azərbaycanda bu üsulla da olsa yığılması baş verəcəksə, ƏDV-dən azad olunma nəticəsində həmin avtomobillərin bazarda alıcısı olacaq. İndiki halda isə, Azərbaycanda yığılan avtomobillərin böyük əksəriyyətini dövlət və hökumət idarələri alır. Əsas alıcı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyidir”. 

 

Bənzər yazılar

0.45508003234863