Qaradağ rayonu Qızıldaş qəsəbə bələdiyyəsinin sədrinin ölkədən çıxışına "stop" qoyulur

 18-06-2023

Qaradağ rayonu Qızıldaş qəsəbə bələdiyyəsinin sədrinin ölkədən çıxşına məhdudiyyət qoyula bilər. 

Valyuta.az-ın məlumatına görə, bələdiyyə sədri İdris Alişanov barəsində Dövlət Vergi Xidmətinin Bakı şəhəri Kiçik Sahibkarlıqla İş üzrə Baş İdarəsi məhkəməyə müraciət edib. 

İdarənin məhkəməyə müraciət etməsinə səbəb bələdiyyə sədrinin adında olan vergi borcunun ödənilməməsidir. İşə 20.06.2023-cü il tarixində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin hakimi Gülnar Aslanovanın sədrliyi ilə baxılacaq. Qərar qəbul olunarsa, İ.Alişanovun ölkədən çıxşı müvəqqəti məhdudlaşdırılacaq. 

Xatırladaq ki, Alişanov İdris Şahvəli oğlu 1963-cü ilin sentyabr ayının 1-də Lerik rayonunda anadan olub. Ali təhsillidir, Azərbaycan Dövlət İnşaat Mühəndisləri institutunu bitirib. 2004-cü ildə Qızıldaş bələdiyyəsinə üzv seçilib. Hazırda bələdiyyənin sədri vəzifəsində çalışır.

Bənzər yazılar

0.32727718353271