Xəzərə çirkab suları kimlər axıdır?

 18-06-2023

Azərbaycanda son illər çirkab suların dənizə axıdılmasının qarşısının alınması istiqamətində müəyyən işlər görülüb. Dənizi çirkləndirən şirkətlər, obyektlər ciddi şəkildə cərimələnirlər. Amma buna baxmayaraq, hələ də Xəzərə çirkab sular axıdılmaqda davam edir. Görəsən, çirkab suların dənizə axıdılmasında əsasən kimdir günahkardır? 

Ekoloq Telman Zeynalov Valyuta.az-a açıqlamasında bildirib ki, dənizin çirkləndirilməsinin əsas günahkarları ərzaq məhsulları istehsalı ilə məşğul olan şirkətlər və ictimai-iaşə obyektləridir: 

“Hazırda çirkab suları dənizə atan əsas qurumlar ərzaq məhsulları istehsal edən təşkilatlardır. Ölkədə sovet dövründə olduğu qədər zavod və fabriklər yoxdur. Ancaq ərzaq istehsalı ilə məşğul olan şirkətlər fəaliyyət göstərir ki, onlar da məhsul qalıqlarını hara gəldi, o cümlədən də dənizə atırlar. 

Həmçinin, istirahət mərkəzləri, ictimai-iaşə obyektləri də məişət tullantılarını bir çox hallarda dənizə axıdırlar. Yəni dənizin indiki anda çirkləndirilməsində əsas “rolu” ərzaq məhsulları istehsal edən müəssisələr və istirahət mərkəzləri oynayırlar”.

Bənzər yazılar

0.81857490539551