"ASAN xidmət"in əməkdaşını qaçıran xalası oğludur - TƏFƏRRÜAT

 11-03-2022

Ağcabədi rayonunun Taxta Körpü qəsəbəsində məskunlaşan Laçın sakini İbrahimova Tutu İdris qızı 7 mart 2022-ci ildə öz şəxsi avtomobili ilə Ağcabədi "ASAN Xidmət" Mərkəzindəki işindən çıxıb evə gedərkən qaçırılıb.

Modern.az-ın Laçının Vağazil kənd icra nümayəndəliyindən əldə etdiyi məlumata görə, Tutu İbrahimovanı qaçıran Qeys Cabbarov onun xalası oğludur.

34 yaşlı Qeys Cabbarovun illərdir Tutu İbrahimovanı sevdiyi, lakin qızın izdivaca könüllü razı olmadığı bildirilib. Bu səbəbdən Q.Cabbarov Tutu İbrahimovanı qaçırmaq qərarına gəlib.

Həmçinin qeyd edilib ki, ailələr qohum olduğundan məsələnin böyüməsini, mətbuatda geniş işıqlandırılmasını istəmirlər və bu səbəbdən öz aralarında razılığa gəliblər.

DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan bildirilib ki, mart ayının 7-də Laçın rayon sakini, 1992-ci il təvəllüdlü qızın qaçırılması ilə bağlı Laçın Rayon Polis Şöbəsinə məlumat daxil olub.

Məlumatla əlaqədar polis əməkdaşları tərəfindən intensiv əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Qeyd edək ki, Tutu İbrahimova Ağcabədi "ASAN Xidmət" Mərkəzində çalışan "Azərişıq" ASC-nin əməkdaşıdır.

Bənzər yazılar

0.15076017379761