TƏBİB-in tibb müəssisələrində nə qədər işçi çalışır?

 17-06-2023

“Hazırda TƏBİB-in tabeli tibb müəssisələrində 94 084 nəfər əməkdaş çalışır. Onlardan 53 389 nəfəri tibb heyətidir”.

Bu barədə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) icraçı direktoru Vüqar Qurbanov TƏBİB-in təşkilatçılığı ilə Bakıda ilk dəfə keçirilən Dünyadakı Azərbaycanlı Təbiblərin Simpoziumunda bildirib.

“Onu da qeyd edim ki, 2022-ci il üzrə TƏBİB-in tabeli tibb müəssisələrinə 12 379 nəfər işçi, 2023-cü ilin bugünkü gününədək isə 3 500 nəfərdən çox işçi qəbul edilib”, - V.Qurbanov qeyd edib.

Bənzər yazılar

0.51689791679382