“Muğanbank” Açıq Səhmdarı Cəmiyyəti barəsində inzibati protokol tərtib edilib.
Qaynarinfo.az xəbər verir ki, bank İnzibati Xətalar Məcəlləsinin 518.1-ci (Mülkiyyət formasından asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda, ictimai yerlərdə, anbarlarda, yataqxanalarda və ya digər yaşayış sahələrində, meşələrdə və nəqliyyatda yanğın təhlükəsizliyi standartlarının, normalarının və qaydalarının tələblərinin pozulmasına və ya yerinə yetirilməməsi) maddəsi ilə ittiham irəli sürülüb.
İş baxılması üçün Nərimanov Rayon Məhkəməsinə göndərilib və hakim Vüsal Qurbanovun icraatına verilib.
518.1-ci maddəyə əsasən, fiziki şəxslərə xəbərdarlıq edilir və ya onlar 20 manatdan 30 manatadək məbləğdə, vəzifəli şəxslərə xəbərdarlıq edilir və ya onlar 100 manatdan 150 manatadək məbləğdə, hüquqi şəxslər isə 350 manatdan 500 manatadək məbləğdə cərimə edilir.
“Muğanbank” ASC-nin səhmdaları Mehtiyev Elmir Maqbet oğlu (67,74 %), Mehtiyev Maqbet Rəhim oğlu (11,58 %), Vəliyeva Vəfa Əhməd qızı (10,65 %) və Mehtiyeva Fəridə Cahandar qızı (10.03 %) olub.
Elmir Mehtiyev “Odlar Yurdu” Universitetinin rektoru, keçmiş deputat Əhməd Vəliyevin kürəkənidir, Vəfa Mehtiyeva onun qızı, Maqbet Mehtiyev və Fəridə Mehtiyeva isə onun qudalarıdır.
Daha sonra səhmdarların tərkibi aşağıdakı kimi dəyişib:
Elmir Mehdiyev (67.7442 %), Fəridə Mehdiyeva (21.6071%) və Vəfa Vəliyeva (10.6487%) olub.
Lakin bu son deyil. Bir neçə gün əvvəl səhmdarların tərkibində yenidən dəyişiklik edilib. Yeni tərkibə görə səhmdarlar Samir Vəliyev (40%), Munir Vəliyev (40%), Fəridə Mehdiyeva (10.8928%), Vəfa Vəliyeva (8.3254%) və Elmir Mehdiyevdir (0.7818%).
Samir və Munir vəliyevlər rektoru Əhməd Vəliyevin oğullarıdır.
Mənbə Qaynarinfo.az