Aparıcı Aytən Səfərovanın aldığı düyünün içindən həşəratlar çıxdı - Video

 11-03-2022

Aparıcı Aytən Səfərova aldığı düyünün videosunu çəkərək sosial şəbəkə hesabında yayımlayıb.

Axşam.az xəbər verir ki, o, düyünün içindən həşəratlar çıxdığını nümayiş etdirib. "Mumtaz" markasından olan düyünü suya tökən Səfərova qara həşəratların görüntüsünü yayıb.

"Mumtaz" düyüsü aldım, baxın, hər şey normaldır. Ağzını açdım və içində qara cücülər var. Başa düşürəm aşın üstündə qarası olar, amma bu dərəcədə yox. İndi kimsə çıxıb bəyanat yayacaq, mənim heç bir düyü ilə problemim yoxdur. Üstündə tarix 2024-cü ilə qədər göstərib" deyə, aparıcı bildirib. 

Bənzər yazılar

0.55646800994873