Deputat Razi Nurullayevin qəlyanı müzakirələrə səbəb olan - Fotosu

 11-06-2023

Milli Məclisin İnsan hüquqları komitəsinin üzvü, deputat Razi Nurullayevin ötən gün sosial şəbəkə hesabında paylaşdığı foto azərbaycanlı sosial şəbəkə istifadəçilərinin ən çox müzakirə etdiyi mövzulardan birinə çevrilib.

Deputat qəlyanla birlikdə çəkilmiş fotosunu paylaşaraq bu sözləri yazıb:

“Dərd çəkirik, qəm çəkirik, bir az da qəlyan çəkək”.

Sosial şəbəkə istifadəçilərinin bir qismi onun bu postunu “səmimi” adlandırıb və təqdir edib.
Bir qism istifadəçi isə deputatın zərərli vərdişi təbliğ etdiyini əsas gətirərək onu tənqid edib.

Qəlyan çəkməyin deputata yaraşmadığını əsas gətirərək onu “məsxərəyə qoyanlar” da olub.

Sözügedən fotonu təqdim edirik:

Bənzər yazılar

0.43215203285217