Tikinti şirkətinin təsisçisi öz payını satır – Direktorunun adı “MTN işi”ndə keçir

 10-06-2023

“Pilot Həyat” MTK-da təsisçi öz hissəsini satır.

Yeniavaz.com xəbər verir ki, bu barədə məlumat “Pilot Həyat” MTK-dan (VÖEN – 1403414621) verilib.

Məlumat üçün bildirək ki, MTK paytaxt ərazisində yaşayış binaları inşa edir. Şirkətin Slavyan Universiteti yaxınlığında inşa etdiyi “Pilot Hayat Residence” 17 mərtəbədən ibarət olan 2 korpuslu kompleksdir.

Qeyd edək ki, 2016-cı ildə dövlət qeydiyyatına alınan “Pilot Həyat” MMC-nin nizamnamə kapitalı 120 manat təşkil edir. MMC-nin qanuni təmsilçisi olan Əliyev Sənan Əliqardaş oğlunun adı ləğv olunan Milli Təhlükəsizlik Nazirliyinin (MTN) sabiq baş idarə və idarə rəislərinin cinayət işində keçir. İttiham aktında qeyd olunub ki, MTN əməkdaşları sahibkarlıq fəaliyyəti ilə məşğul olan Əliyev Sənan Əliqardaş oğlunu qanunsuz azadlıqdan məhrum edərək ona qarşı quldurluq edib, hədə-qorxu ilə pul alıblar.

 
 

Bənzər yazılar

0.11927509307861