Azərbaycan Şahmat Federasiyası 44-cü Ümumdünya Şahmat Olimpiadasında iştirak edəcək Azərbaycan milli komandalarının heyətini açıqlayıb.
MillətinSəsi.info-a verilən məlumata görə, kişi şahmatçılardan ibarət milli komandanın heyətinə Şəhriyar Məmmədyarov, Teymur Rəcəbov, Rauf Məmmədov, Qədir Hüseynov və Vasif Durarbəyli cəlb olunublar. Nicat Abasov kapitan, Eltac Səfərli isə məşqçi kimi Hindistana yollanacaqlar.
Qadın şahmatçılardan ibarət yığmaya Günay Məmmədzadə, Gülnar Məmmədova, Gövhər Beydullayeva, Xanım Balacayeva və Ülviyyə Fətəliyeva dəvət olunublar. Nicat Məmmədov kapitan, Fikrət Sideifzadə ilə Cahangir Ağarəhimov isə məşqçi kimi milli komandaya kömək edəcəklər.
Qeyd edək ki, 44-cü Ümumdünya Şahmat Olimpiadası Hindistanın Çennay şəhərində keçiriləcək. İyulun 28-də start götürəcək Olimpiada avqustun 10-da yekunlaşacaq.