Ukraynalı qütb tədqiqatçıları "Vernadski" üzərində əsrarəngiz günəş doğuşunu LENTƏ ALIBLAR - VİDEO

 01-06-2022

"Akademik Vernadski" stansiyasından olan ukraynalı qütb tədqiqatçıları Antarktidanın əsrarəngiz mənzərəsini əks etdirən video paylaşıblar.

Milli Antarktida Elm Mərkəzindən verilən məlumata görə, ilin bu vaxtında - payızın sonu və qışın əvvəlində orada inanılmaz günəş doğuşunu müşahidə etmək olar.

Həmçinin xatırladılıb ki, Cənub yarımkürəsində fəsillər Şimal yarımkürəsinə nisbətən tərsinə gedir, ona görə də Antarktidada qış iyunun 1-də başlayır.

Videonu stansiyanın əməkdaşı Vladimir Xomko lentə alıb.

Təqdiqatçılar iddia edirlər ki, belə rəngarəng günəş doğuşunu yalnız Antarktidada müşahidə ediblər.

Ancaq onları tez-tez görmək mümkün deyil, çünki orada səma çox vaxt buludlarla örtülüdür.

“Ancaq günəş bu buludların arasından baxanda və xüsusən də küçənin cəmi bir neçə saat işıqlandığı Antarktida qışında bu, bənzərsiz bir gözəllikdir.

Bu gözəl sübh mənzərəsinə tamaşa edirik və xatırlayırıq ki, ondan əvvəl həmişə ən qaranlıq zamandır. Ancaq nə qədər qaranlıq və ağır olsa da, günəş mütləq doğacaq. Və bu, şübhəsiz ki, bizim Ukrayna üzərində Qələbə Günəşi olacaq”, - deyə qütb tədqiqatçıları qeyd ediblər.

Mənbə: Life.pravda

Bənzər yazılar

0.20127892494202