Bakıda məktəblilər arasında dava düşdü: Bıçaqlananlar var

 03-06-2023

Bakının Sabunçu rayonunda yeniyetmələr arasında dava düşüb və iki nəfər xəsarət alıb.

APA xəbər verir ki, hadisə Sabunçu rayonunun İvan Anaşkin küçəsində qeydə alınıb.

2007-ci il təvəllüdlü Novruzov Yusif Xaqani oğlu və 2001-ci il təvəllüdlü Kənan Mustafayev bıçaq xəsarətləri alıb. Yaralılar xəstəxanaya yerləşdiriliblər.

Qeyd edək ki, bıçaqlanan hər iki şəxs Sabunçu rayonu ərazisində yerləşən məktəblərdən birinin şagirdləridir.

Bənzər yazılar

0.51998901367188