“Azərişıq”ın əməkdaşından ittiham: “Həbsdə olan şəxs necə departament rəhbəri təyin edilib?”

 02-06-2023

“Azərişıq” ASC-nin qondarma “Sumqayıt” RETSİ-də olan qanunsuzluqlar, özbaşınalıqlar və s. eybəcərlikləri ifşa etdiyim üçün “Sumqayıt” RETSİ-nin rəisi Həbib Əzizov “çıxış yolu” kimi “yeni” qanunsuzluqlara “imza” atır”.

Bu sözlər “Arqument.az”a “Azərişıq” ASC “Sumqayıt” RETSİ-nin Hesabatların hazırlanması bölməsinin texnik-operatoru Cavadova Jalə Əli qızının dövlət başçısına ünvanladığı müraciətindəndir.

O yazır ki, özü və azyaşlı övladları – 20.12.2010-cu il doğumlu Cavadova Ayla Vüsal qızı və 21.01.2014-cü il doğumlu, sağlamlıq imkanları məhdud Cavadlı Ömər Vüsal oğlunun xəstəlikləri ilə bağlı 25.04.2023-cü il tarixindən, hazırkı vaxta qədər işə çıxa bilməyib:

“Əmək qabiliyyətimin olmaması barədə 0131487, 0208834 və 0131570 №-li xəstəlik vərəqələrini idarəyə göndərməyimə baxmayaraq, idarə rəhbərliyi xəstəlik vərəqələrimi qəbul etmir. İxtisaca hüqüqşünas olan Həbib Əzizov “cənabları” öz hərəkətinin qanunsuz olduğunu ya bilmir, ya da ölkə qanunlarını tapdayıb, öz “qanunları”nı yeridir.

“Sumqayıt” RETSİ-nin Həmkarlar Təşkilatının 66 yaşlı sədri, pensiyaçı Bayram Paşayev də bu qanunsuzluqlara göz yumub, özünü antihəmkarlar təşkilatının sədri kimi aparır”.

Jalə Cavadova “Arqument.az”a deyib ki, o, bütün bunları normal qarşılayır.

Bunu da dövlət əmlakını mənimsədiiyinə görə həbsdə yatan Sakit Baxışov kimi pensiyaçının “Azərişıq” ASC-nin insan resurslarına departamentinə rəhbərlik etməsi ilə izah edir:

“Dövlət əmlakının mənimsənilməsi, rüşvətə və vəzifə saxtakarlığına görə həbsdə yatan şəxs “Azərişıq” ASC-də yüksək vəzifələrə təyin edillirsə, zatən bu qurumdan ədalət gözləmək sadəlövlük olar. Amma bu adamların “Azərişıq” ASC-dəki özbaşınalıqları işfa etməklə öz vətəndaşlıq borcumu yerinə yetirəcəyəm”.

O sonda dövlət başçısından xahiş edib ki, məsələnin araşdırlması və tədbir görülməsi üçün göstəriş verisin.

Mənbə Arqument.az

Bənzər yazılar

0.27068495750427