Ərzurumda yeddi uşağa qarşı cinsi zorakılıq iddiası ilə mühakimə olunan 21 yaşlı şübhəli ilk iclasdaca təqsirli bilinib.
Ağır Cəza Məhkəməsində tərəflərin vəkilləri və zərərçəkmişlərin ailələrinin də iştirak etdiyi iclasda iddianamənin oxunmasından sonra müttəhim H.A. günahını etiraf edib.
O, törətdiyi əməllərə görə 119 il 6 ay həbs cəzasına məhkum edilib.
Həmçinin, məhkəmə təqsirləndirilən şəxsə “ədəbsizlik” və “təhqir” ittihamları üzrə bəraət verib.
Mənbə: “Haber Global”