Deputatın daha bir övladı Amerikaya köçüb? -İDDİA

 01-06-2023

Millət vəkili Məşhur Məmmədovun oğlu Məmməd Şahbazovdan sonra qızı da Amerikaya köçüb.

Deputatın qızı Mədinə Şahbazova Nyu-Yorkda yaşayır.

Masallıda bağça müdiri iləyən M.Şahbazova artıq bir müddətdir ki ölkəni tərk edib.

Hətta bu barədə deputatın qızı öz “intagram” səhifəsində paylaşım edib.

Bildirək ki, deputatın övladlarının Məşhur Məmmədovun atasının adını soyad olaraq qəbul ediblər.

Ötən ilin mayında mətbuatda gedən məlumatlara görə, 70 saylı Masallı şəhər seçki dairəsindən deputat seçilən Məşhur Məmmədovun ABŞ-da yaşayan oğlu Məmməd Şahbazov “Masalli Enterprise LLC” adlı şirkət təsis edib. “Masalli Enterprise LLC” aprel ayının 20-də Nyu-Cersi ştatının Gəlirlər İdarəsi tərəfindən qeydə alınıb.

Şirkətin hüquqi ünvanı Məşhur Məmmədovun ailə üzvlərinin Nyu-York şəhərində yaşadıqları “335 Riverdale Dr Fort Lee, NJ 07024-4441” ünvanında yerləşir.

Həmçinin mediada gedən məlumatlara görə, millət vəkili Məşhur Məmmədovun övladları Mədinə Şahbazova və Məntiq Şahbazov Masallıda bağçalar inşa ediblər. Masallı əhər şəhər 1 saylı Uşaq bağçasına Mədinə Şahbazova, 4 saylı Uşaq bağçasına isə Məntiq Şahbazov rəhbərlik edir.

Mətbuatda gedən məlumatlara görə, ölkənin tanınmış mebel şirkəti olan “Embawood” MMC-nin sahibi Məşhur Məmmədovdur.

Deputat seçildikdən sonra həmin irkətdən imtina etdiyini bildirsə də ailə üzvləri tərəfindən idarə edildiyi bildirlir.

P.S. Bu iddia ilə bağlı deputat Məşhur Məmmədovla əlaqə saxlamaq mümkün olmadı. Qarşı tərəf kimi adları çəkilən şəxslərin münasibətini ictimailəşdirməyə hazırıq.

Mənbə: 32gun.az

Bənzər yazılar

0.29684495925903