Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel: "İlham Əliyev Nikol Paşinyan görüşünü səbirsizliklə gözləyirik"

 30-05-2023

“Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistanın Baş naziri Nikol Paşinyan arasında Moldovanın paytaxtı Kişinyovda keçiriləcək görüşü səbirsizliklə gözləyirik”.

Bunu Avropa İttifaqı (Aİ) Şurasının Prezidenti Şarl Mişel Tvitterdə yazıb.

“Bu görüş tərəflərin bir-birinin suverenliyinə və ərazi bütövlüyünə hörmətini yenidən təsdiqləmək və sərhədlərin delimitasiyası üzrə irəliləmək, həmçinin sərhəd bölgələrində riskləri azaltmaq üçün vacibdir”, - o bildirib

Şarl Mişelin sözlərinə görə, rəsmi Bakı ilə Qarabağdakı erməni icması arasında dialoq indi mühüm əhəmiyyət kəsb edir: “Hədəf dialoq olmalıdır. 30 ildən çox davam edən münaqişədən sonra yaraların sağalması üçün vaxt lazımdır. Cəsarətli qərarlara ehtiyac var”.

Bənzər yazılar

0.16657209396362