Kolumbiyada prezident seçkiləri KEÇİRİLİR

 30-05-2022

Kolumbiyada prezident seçkiləri keçirilir.

Səsverməyə yerli vaxtla saat 08:00-da (Bakı vaxtilə saat 17:00-da) start verilib.

Ölkədə ən yüksək dövlət vəzifəsi uğrunda altı namizəd mübarizə aparır.

Sorğulara görə, solçu “Tarixi Fakt” koalisiyasını təmsil edən senator Qustavo Petro yarışın favoriti hesab olunur. Seçki kampaniyası zamanı o, qələbə qazanacağı təqdirdə Venesuela ilə diplomatik münasibətləri bərpa etmək niyyətində olduğunu və ABŞ-la azad ticarət sazişinin şərtlərinin dəyişdirilməsini nəzərdən keçirməyi zəruri hesab etdiyini bildirib.

Səsvermənin nəticələrinə görə, namizədlərdən heç biri 50%-dən çox səs toplaya bilməsə, iyunun 19-da ikinci tur keçiriləcək.

Hazırkı dövlət başçısı İvan Duke seçkilərdə iştirak edə bilməyib. Belə ki, respublikada artıq bir dəfə dörd il müddətinə prezident olmuş şəxs təkrar seçilmək hüququna malik deyil.

Mənbə: TASS

Bənzər yazılar

0.2021701335907