Şəhid Məhəmməd Qarayev Qəbələdə dəfn edilib

 13-05-2023

Mayın 12-də, axşam saatlarında Ermənistan silahlı qüvvələrinin təxribatı nəticəsində şəhid olan Azərbaycan Ordusunun hərbi qulluqçusu Məhəmməd Mahir oğlu Qarayevin nəşi doğulduğu Qəbələ şəhərində yaşayan ailəsinə təhvil verilib.

Milletinsesi.info-ın məlumatına görə, hazırda şəhidimizlə vida mərasimi keçirilib.

Ermənistan silahlı qüvvələrinin təxribatı nəticəsində şəhid olan Azərbaycan Ordusunun hərbi qulluqçusu Məhəmməd Mahir oğlu Qarayev dəfn olunub.

O, Qəbələ şəhərində torpağa tapşırılıb.

Dəfn mərasimində qəhrəmanımızın döyüş yoldaşları, qohumları və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Vida mərasimində şəhidin döyüş yoldaşları, Müdafiə Nazirliyinin əməkdaşları, hüquq-mühafizə orqanlarının və ictimaiyyət nümayəndələri iştirak ediblər.

2001-ci il təvəllüdlü Məhəmməd Qarayev evin tək oğlu olub.

\

Bənzər yazılar

0.44096493721008