Xanımının qərarı Kevin Kostneri heyrətə salıb - FOTO

 13-05-2023

Aktyor Kevin Kostner ayın əvvəlində boşanma ərizəsi verən həyat yoldaşı Kristin Baumqartneri geri qaytarmağa çalışır.

Bu barədə aktyora yaxın mənbələr bildiriblər.

Onların sözlərinə görə, boşanma qərarı qarşılıqlı olmayıb, Kevin Kostner çox narahatdır və münasibətlərin yaxşılaşacağına ümid edir.

“Hamı Kevin və həyat yoldaşının çox xoşbəxt olduğunu düşünürdü, buna görə də hər şey heyrətamizdir. O, həqiqətən də Kristinanı çox sevir və onu geri qaytarmağa çalışır. O, boşanmaq qərarından heyrətə gəlib”, - deyə mənbə əlavə edib.

Başqa bir mənbə əlavə edib ki, boşanma məsələsinə görə çox kədərli olan aktyor evliliyini xilas etməyə çalışır.

“Kevin həyat yoldaşını və uşaqlarını sevir, ona görə də bu, onun üçün çox çətindir. O deyir ki, bu, onun ən pis kabusudur və ailəsi üçün hər şeyə hazırdır”, - deyə mənbə vurğulayıb.

Qeyd edək ki, mayın əvvəlində məlum olub ki, Kevin Kostnerin həyat yoldaşı Kristin Baumqartner aktyordan boşanmaq üçün məhkəməyə müraciət edib. Qeyd olunur ki, sənətçinin həyat yoldaşı boşanma ərizəsində “barışmaz fikir ayrılıqlarından” bəhs edib.

Mənbə: US Weekly

Bənzər yazılar

0.30309295654297