Azərbaycan İnterpolun Milli Mərkəzi Bürosunun rəisi, polis general-mayoru Əlaslan Ağayev xidmətdə olmanın son yaş həddi ilə əlaqədar təqaüdə göndərilib.
MillətinSəsi.info xəbər verir ki, bu barədə Daxili işlər naziri general-polkovnik Vilayət Eyvazovun əmr imzalayıb.
Bildirilib ki, bu münasibətlə Ə.Ağayevi qəbul edən nazir daxili işlər orqanlarında uzun müddət səmərəli fəaliyyət göstərdiyinə görə ona təşəkkürünü bildirib, bundan sonrakı həyatında uğurlar arzulayıb.