Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov 28 May - Müstəqillik Günü münasibətilə xalqımızı təbrik edib.
Bu barədə Ceyhun Bayramov rəsmi “Twitter” hesabında paylaşım edib.
“Müsəlman Şərqində ilk dünyəvi, parlamentli respublika olan Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının 104-cü ildönümündə xalqımızı 28 May - Müstəqillik Günü münasibətilə ürəkdən təbrik edir, ölkəmizə inkişaf, rifah arzu edirəm. Yaşasın Azərbaycan!”, - deyə nazir bildirib.