Hollivud aktyoru, “Universal Əsgər” filmilə şöhrət qazanmış Dolf Lundqren ilk dəfə qorxunc diaqnozundan danışıb.
65 yaşlı sənətçi bildirib ki, 2015-ci ildə ona böyrək xərçəngi diaqnozu qoyulub. “Həkimlər böyrəyimdə bir şiş tapdılar və onu çıxardılar, sonra biopsiya etdilər və bədxassəli olduğu ortaya çıxdı”, - deyə Lundqren bildirib.
Görülən tədbirlərə baxmayaraq, 2020-ci ildə həkimlər onun böyrək və qaraciyərində 6 metastaz aşkar ediblər. Neoplazmaların cərrahi yolla çıxarılması üçün çox böyük olduğu müəyyən edilib. Döyüş ustası kimyaterapiya kursuna başlamalı olub.
Müalicə nəticəsində şişlərin ölçüləri 20-30 faiz azalıb və aktyor əməliyyat sayəsində xəstəliyə qalib gəlib.
Mənbə: lenta.ru