Avropa Futbol Assosiasiyaları İttifaqının (UEFA) İcraiyyə Komitəsi qurumun himayəsi altında keçirilən turnirlərin püşkatma mərasimində Ukrayna və Belarus komandalarını ayırmağa qərar verib.
Bu barədə cümə günü UEFA-nın mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, qərar gələn mövsümdən qüvvəyə minəcək və növbəti bildirişə qədər qüvvədə qalacaq.