ABŞ-ın Texas ştatında mayın 24-də silahlı hücumda həlak olan müəllimin həyat yoldaşı vəfat edib.
İrma Qarsiyanın əri Co Qarsiyanın ürəyi dəhşətli hadisəyə tab gətirməyib və o, iki gün sonra “qırıq qəlb sindromu”ndan həyatını itirib.
Həkimlər kədərdən ölüm hallarına çox nadir hallarda rast gəlindiyini deyir və bildirirlər ki, “qırıq qəlb sindromu” infarkt əlamətlərini təqlid edir və ölümcül ola bilər.
Conun həyat yoldaşı, müəllim İrma Qarsiya Texas ştatının Uvalde şəhərindəki Robb ibtidai məktəbində dördüncü sinif müəllimi olub. Onların dörd övladı var idi.
Xatırladaq ki, 18 yaşlı Salvador Ramos adlı şəxsin Texasda məktəbə silahlı hücumu nəticəsində 19 şagird və iki müəllim həlak olub.
Joe Garcia visited his wife's memorial this morning to place flowers on a cross with her name on it. Joe is the husband to Irma Garcia. Not long after Joe visited Irma's memorial, he suffered a heart attack and died.
— KHOU 11 News Houston (@KHOU) May 26, 2022
READ MORE: https://t.co/y8ccPq9pjZ pic.twitter.com/SfFKgChzbx
Mənbə: Hürriyet