Bəhram Bağırzadə yeni kitablarını benefisiarlara hədiyyə edib

 11-05-2023

“Bakılı oğlanlar” Şən və Hazırcavablar Klubunun üzvü, rejissor və aktyor, publisist, əməkdar artist Bəhram Bağırzadə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinin qonağı olub.

Milletinsesi.info xəbər verir ki, qonaq Mərkəzin fəaliyyət istiqamətləri ilə maraqlanıb, təlim prosesini izləyib.

Tanınmış incəsənət xadimi benefisiarlarla müxtəlif mövzularda fikirlərini bölüşərək, onları motivasiya edib.

Müəllif yeni nəşr olunmuş “Sualtı varlıqlar”, “Quranda adı keçən heyvanlar”, “Elektrikin tarixi” kitablarını imzalayaraq, Mərkəzin kitabxanasına bağışlayıb. Benefisiarlarla görüşən Bəhram Bağırzadə yeni kitablarını onlara hədiyyə edib.

Bənzər yazılar

0.41026210784912