ABŞ-ın Oreqon ştatında “Əri necə öldürmək olar” adlı essenin müəllifi Nensi Krempton-Brofi ərini öldürməkdə təqsirli bilib.
Onun əri, aşpaz Daniel Brofi 2018-ci il iyunun 2-də Oreqon Kulinariya İnstitutunun mətbəxində ölü tapılıb.
Krempton-Brofi isə həmin ilin sentyabrında həbs edilib. Brofi ürəyindən iki güllə yarası alıb. Prokurorlar belə qənaətə gəliblər ki, cütlük maddi sıxıntı içində olub, Krempton-Brofi sığorta pulu toplamaq üçün ərini öldürüb.
Qadının özü isə cinayəti törətmədiyini iddia edir.
Krempton-Brofinin barəsində hökm iyun ayında çıxarılacaq. 2011-ci ildə bir qadın internetdə “Əri necə öldürmək olar” adlı esse dərc edib. Nəşrin prosesdə sübut kimi istifadə olunmayacağı aydınlaşdırılır.
Mənbə: RİA Novosti