“Bakı Marafonu 2023”ün kişilər arasında qalibi: “Küləyin çətinliyini öz lehimə çevirdim”

 07-05-2023

“Bakı Marafonunda əvvəlcə küləyə, sonra rəqiblərinə qalib gəlməlisən”.

Bunu Milletinsesi.info-a açıqlamasında “Bakı Marafonu 2023”ün kişilər arasında qalibi Boqdan Simonoviç deyib.

Ukraynalı idmançı bildirib ki, ilk dəfə bu yarışda iştirak edir:

“Rəqabət çox yüksəkdir, yarışın marşrutu xeyli çətindir. Hava da küləklidir, amma nəzərə alaq ki, yarışın şüarı da məhz “Küləyə qalib gəl”dir”.

Qalib bildirib ki, yekunda küləyin təsirini öz xeyrinə çevirib:

“Təxminən 11 kilometr hamı eyni səviyyədə qaçırdı, amma sonradan mən küləyin çətinliyini öz lehimə çevirdim və yekunda qalib gəldim”.

 

Bənzər yazılar

0.12998509407043