İtaliya A Seriyasına ikinci vəsiqənin sahibi məlum oldu

 07-05-2023

Növbəti mövsüm İtaliya A Seriyasında yarışmaq hüququ qazanan ikinci komanda müəyyənləşib.

Milletinsesi.info xəbər verir ki, “Cenoa” bir illik fasilədən sonra elitaya qayıdıb. Alberto Cilardinonun komandası B Seriyasında mövsümün bitməsinə iki tur qalmış ikinci yeri təmin edib. 72 xalı olan Genuya klubu üçüncü pillədəki “Bari”ni 8 xal qabaqlayır.

Xatırladaq ki, ötən həftə “Frozinone” A Seriyasına vəsiqəni təmin edib.

Bənzər yazılar

0.1343879699707