“Yeni Klinika”nın keçmiş direktoru Pərviz Abbasov azadlığa buraxılıb

 05-05-2023

“Yeni Klinika” Publik Hüquqi Şəxsin keçmiş direktoru Pərviz Abbasov həbsdən azad edilib.

APA-nın əldə etdiyi xəbərə görə, bu barədə Nizami Rayon Məhkəməsi qərar verib.

Pərviz Abbasova təyin olunmuş 3 il həbs cəzasının üçdə iki hissəsi başa çatıb.

Məhkəmə məhkumun cəzasının qanunla müəyyən edilmiş hissəsini çəkməsini və cəzaçəkmə müəssisəsinin müsbət rəyini əsas götürərək onu vaxtından əvvəl cəzadan şərti olaraq azad edib.

Qeyd edək ki, Pərviz Abbasov 2021-ci il aprelin 22 də Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən həbs olunub.

O, bir qrup şəxslə əlbir olaraq koronavirusa yoluxmuş xəstələrin klinikada müalicə alması müqabilində külli miqdarda rüşvət almaqda ittiham olunub.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Pərviz Abbasov Cinayət Məcəlləsinin 311.3.2 (rüşvət alma təkrar törədildikdə) və 32.5, 311.3.2-ci (təkrar rüşvət almaya köməklik etmə) maddələri ilə təqsirli bilinərək 8 il 6 ay azadlıqdan mərhum edilib.

Bakı Apellyasiya Məhkəməsi cəzanı 5 il 6 aya, Ali Məhkəmə 3 ilə endirib.

Bənzər yazılar

0.42039918899536