Bakıdan birbaşa Ağdama dəmir yolu reysi açılacaq 

 05-05-2023

“Bakıdan birbaşa Ağdama dəmir yolu reysi açılacaq”.

APA xəbər verir ki, bu barədə “Azərbaycan Dəmir Yolları” QSC-nin Tikintiyə nəzarət idarəsinin rəisi Tural Abbaslı jurnalistlərə açıqlama verib.

Bildirib ki, Bakıdan Yevlaxa, Yevlaxdan Bərdəyə, Bərdədən isə Ağdama yolumuz nəzərdə tutulub:

“Yol birxətli olacaq və hazırda elektrikləşməyib. Yolun 10 milyon tona qədər yükdaşıma qabiliyyəti var. Ağdam stansiyası xaric, işlərin bu ilin sonuna kimi başa çatacağı gözlənilir. Ağdam stansiyasının tikintisi isə gələn ilin yanvar-fevral aylarında başa çatacaq”.

Bənzər yazılar

0.13331389427185