Heydər Əliyevin anadan olmasının 100-cü ildönümünə həsr edilən xatirə pul nişanları hazırlanıb

 05-05-2023

Heydər Əliyevin anadan olmasının 100-cü ildönümünə həsr edilən xatirə pul nişanları hazırlanıb.

Milletinsesi.info xəbər verir ki, Mərkəzi Bank tərəfindən hazırlanan pul nişanları bu gün ulu öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş tədbirdə təqdim edilib.

Mərkəzi Bank sədri Taleh Kazımov pul nişanlarının bu il mayın 10-dan tədavülə buraxılacağını elan edib.

Tədbirdə qeyd edilib ki, xatirə və yubiley pul nişanları ənənəsi də məhz ulu öndər Heydər Əliyev tərəfindən qoyulub. Belə pul nişanları Mərkəzi Bank tərəfindən ilk dəfə 1996-cı ildə dahi şair Məhəmməd Füzulinin 500 illik yubileyinə həsr edilib. İndiyə qədər 53 min ədəd xatirə və yubiley pul nişanı hazırlanıb.

Daha çox foto burada: PhotoStock.az

Aysel Aslan

Bənzər yazılar

0.27071404457092