Hövsanda ev tikmək istəyən QAZİ DÖYÜLÜB? - VİDEO

 26-05-2022

Sosial şəbəkələrdə Suraxanı rayon Hövsan qəsəbəsində müharibə iştirakçısı Hikmət Əsgərovun tikinti apardığı ərazidə insidentin baş verməsini əks etdirən kadrlar yayılıb.

MillətinSəsi.info xəbər verir ki, müharibə iştirakçısının apardığı tikintiyə müdaxilə etmək istəyən Suraxanı Rayon İcra Hakimiyyətinin əməkdaşlarına etiraz etdiyi iddia olunur.

H. Əsgərov qanuni əsaslarla tikinti aparmasına dövlət qurumlarının imkan vermədiyini və zorakılığa məruz qaldığını iddia edib.

Məsələ ilə bağlı Suraxanı Rayon İcra Hakimiyyətinin aidiyyəti şöbəsi ilə əlaqə saxlamağa çalışsaq da, zənglərimiz cavabsız qaldı.

Bənzər yazılar

0.21147608757019