Co Baydenin müşaviri: “Ermənistan və Azərbaycanın danışıqlarda əldə etdiyi irəliləyişi alqışlayırıq”

 04-05-2023

“Ağ Evdə Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanın görüşünə ev sahiblik etmək xoşdur”.

Bu barədə ABŞ prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Ceyk Sallivan xarici işlər naziri Ceyhun Bayramov və Ermənistanın XİN başçısı Ararat Mirzoyanla görüşdən sonra “Twitter” hesabında yazıb.

“Biz Ermənistan və Azərbaycanın danışıqlarda əldə etdiyi irəliləyişi alqışlayırıq və dialoqun davam etdirilməsini təşviq edirik. Davamlı və ədalətli razılaşma hər iki ölkə və region üçün imkanların açılmasına əsas olacaq”, - deyə Ceyk Sallivan qeyd edib.

 

Bənzər yazılar

0.44019293785095