Norveçin ən böyük neft şirkəti olan “Equinor” RF ilə bütün ortaq layihələrdən İMTİNA EDİB

 26-05-2022

Norveçin ən böyük neft şirkəti “Equinor” Rusiya Federasiyası ilə bütün ortaq layihələrdən çəkildiyini açıqlayıb.

Bu barədə şirkətin mayın 25-də yaydığı məlumatda deyilir.

“27 fevral 2022-ci ildə “Equinor” şirkətin Rusiyadakı birgə müəssisələrindən çıxmaq prosesinə başlamaq qərarına gəlib.

O vaxtdan bəri “Equinor” Rusiyaya bütün yeni investisiyaları dayandırıb, Rusiyadan neft və qaz məhsulları ticarətini dayandırıb və 31 mart 2022-ci il tarixinə balansından 1,08 milyard dollar  məbləğin silindiyini elan edib”, – deyə məlumatda qeyd edilir.

“Equinor” Rusiyanın dörd birgə müəssisəsindəki payını “Rosneft”ə təhvil verib və bütün gələcək öhdəliklərdən çəkilib. Həmçinin “Xaryaqa” layihəsindən çıxmaq üçün də müqavilə imzalanıb.

“Bütün müştərək müəssisələrdən çıxış Norveç və Aİ-nin Rusiyaya qarşı sanksiya qanunvericiliyinə uyğun olaraq tamamlanıb”, – deyə şirkətdən açıqlama verilib.

Mənbə: Ekonomiçeskaya pravda

Bənzər yazılar

0.20495581626892