Türkiyənin Aksaray şəhərində faciə baş verib.
Belə ki, Əfqanıstandan olan 35 yaşlı Məhəmməd Hüseyn Sultani məişət mübahisəsi zəminində arvadını bıçaqlayıb, iki uşağını isə üçüncü mərtəbədən atıb.
Beş dəfə bıçaq zərbəsi endirilən 26 yaşlı Gol Bibi Sultani, 4 yaşlı qızı Məryəm Sultani, 3 yaşlı Mərvəh Sultani xəstəxanaya çatdırılsalar da, onların həyatını xilas etmək mümkün olmayıb.
Bundan sonra özünü eyvandan atan 35 yaşlı M.H.S. yaralanıb. Onun vəziyyəti ağırdır.
Mənbə: Bursa.com