“Bakcell” Formula 1-in ən sürətli anlarını təqdim edir! - Fotolar+Video

 29-04-2023

Bakıda keçirilən Formula 1 yarışları çərçivəsində sürət həvəskarları Azərbaycanın ən sürətli mobil şəbəkəsini sınaqdan keçirə bilirlər. Azneft dairəsi ərazisində qurulmuş “Bakcell” zonasında şirkət sürət və əyləncəni bir araya gətirib. Yarış günləri ərzində şirkətin stendini ziyarət edən azarkeşlər “Bakcell”in ultra-sürətli şəbəkəsinin üstünlükləri ilə tanış olurlar. 

“Bakcell” tribunası və tribunanın ətrafında yerləşən “Bakcell” əyləncə zonası qonaqların böyük marağına səbəb olub, bu nüfuzlu idman yarışının ən populyar və ziyarət olunan guşəsinə çevrilib.  

Qeyd edək ki, Formula 1 üzrə Azərbaycan Qran Prisi aprel ayının 30-na kimi davam edəcək. Sürət və əyləncəni bir araya gətirən “Bakcell” stendi bu günlər ərzində yarış həvəskarlarına xidmət göstərəcək.




Bənzər yazılar

0.46288704872131