Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin Moskvada görüşü keçiriləcək

 02-05-2023

“Azərbaycan və Ermənistan xarici işlər nazirləri Ceyhun Bayramov və Ararat Mirzoyanın Moskvada da görüşü baş tutacaq”.

Erməni KİV-in məlumatına görə, bunu parlamentin Avropaya inteqrasiya üzrə Daimi Komissiyasının rəhbəri, hakim “Vətəndaş sazişi” fraksiyasından olan deputat Arman Yeqoyan deyib.

“Bir məsələ digərinə mane olmur (Vaşinqtondakı görüş - red.). Bəli, ilkin razılıq var və bu razılığa görə, görüş Moskvada da keçirilməlidir”, - deyə Yeqoyan bildirib.

O qeyd edib ki, Vaşinqtonda keçirilən görüşün uzun çəkməsi müzakirə olunan məsələlərin geniş spektri ilə bağlı olub.

Bənzər yazılar

0.42833805084229