Məşədi Dadaş icması məsciddən çıxarılıb?

 02-05-2023

“Sosial şəbəkədə yazırlar ki, Məşədi Dadaş icması məsciddən çıxarılıb. Bu, səhv məlumatdır”.

Bunu jurnalistlərə açıqlamasında Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı bildirib.

Onun sözlərinə görə, hazırda icmanın sədri və üzvlər də oradadırlar:

“Vaxtilə məsciddə icma üzvləri 11 nəfərlə qeydiyyatdan keçib. İndiki qayda ilə 50 nəfərlik bir icma heyəti olacaq”.

Sədr bildirib ki, icmadan gedən adamlar Məşədi Dadaş məscidinin mərhum imamı hacı Şahin Həsənlini ətrafında olan adamlar idi:

“Bu adamların hüquqi baxımdan məscidə heç bir aidiyyəti yox idi. Həmin şəxslər icma formalaşan zaman vətəndaş kimi iştirak edə bilərlər. Amma faktiki olaraq, məscidin icması yerindədir və fəaliyyət göstərir”.

Bənzər yazılar

0.38154006004333