“Zirə”nin futbolçusu Məhəmməd Həmdui üçün mövsüm vaxtından əvvəl başa çatıb.
“Report”un məlumatına görə, bu barədə komandanın baş məşqçisi Rəşad Sadıqov evdə “Turan Tovuz”a 1:3 hesabı ilə uduzduqları Premyer Liqanın XXXII tur oyunundan sonra açıqlama verib.
41 yaşlı mütəxəssis niderlandlı hücumçunun “Qəbələ” ilə XXIX tur matçında (1:2) aldığı zədəni təkrarladığını bildirib:
“İki-üç həftə yenidən fizioterapevt nəzarəti altında olacaq. Yəqin ki, risk etməyəcəyik”.
Sadıqov Qismət Alıyev və Sərtan Taşkının zədə, Slavik Alxasovun isə zəhərlənmə səbəbindən Tovuz təmsilçisi ilə görüşü buraxdıqlarını söyləyib.