Xaricdən gətirilən minlərlə avtomobil gömrükdə "yatır"... – Video

 01-04-2023
Xəbər verdiyimiz kimi, Nazirlər Kabineti yaşı 10 ildən çox olan minik avtomobillərinin Azərbaycan ərazisinə gətirilməsinin məhdudlaşdırılması ilə bağlı qərar qəbul edib. Qərara əsasən, zavod buraxılış tarixinə görə yaşı 10 ildən çox olan minik avtomobillərinin Azərbaycana gətirilməsi məhdudlaşdırılıb. Qərar 29 mart 2023-cü il tarixdən qüvvəyə minib. Lakin 29 mart 2023-cü il tarixi də daxil olmaqla həmin dövrədək vətəndaşlar tərəfindən xarici ölkələrdən sifariş verilib, ödəniş edilərək müqavilə bağlanan yaşı 10-dan çox olan avtomobillərin ölkəyə gətirilməsinə icazə verilir.
 
Yeniavaz.com xəbər verir ki, sosial şəbəkələrdə sözügedən icazənin bitdiyi gün gömrükdə yaşanan vəziyyəti əks etdirən görüntülər yayılıb.
 
Videoda danışan şəxs bildirib ki, ən azı 4 min avtomobil gömrüyün parkında qalıb.
 
O deyir ki, Dövlət Gömrük Komitəsinin parkında yer olmadığı üçün “Meyvəli” ticarət mərkəzinin parkinqində də minlərlə avtomobil növbə gözləyir.
 
Həmin kadrları təqdim edirik:
 

Bənzər yazılar

0.13454484939575