Fərid Turab oğlu Əhmədov Azərbaycan Respublikasının rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini təyin edilib.
MillətinSəsi.info xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev Sərəncam imzalayıb.
Rəqəmsal inkişaf və nəqliyyat nazirinə müavin müavin təyin edilən Fərid Əhmədov da 1979-cu ildə Bakıda anadan olub.
O, 2000-ci ildə Bakı Dövlət Universitetində hüquqşünaslığı, 2002-ci ildə beynəlxalq hüquq üzrə magistr təhsilini bitirib.
2003-cü ildə "Chevening" təqaüdçüsü olaraq İngiltərənin Esseks Universitetində beynəlxalq insan hüquqları ixtisası üzrə magistr dərəcəsi alıb.
2009-cu İngiltərənin Oksford Universitetinə doktoranturanı bitirmək üçün "Weidenfeld" təqaüdçüsü olaraq daxil olub və 2016-cı ildə həmin universitetin hüquq üzrə fəlsəfə doktoru elmi dərəcəsini alıb.
2006-2007-ci illərdə Milli Məclis Aparatının İnzibati və Hərbi qanunvericilik şöbəsində məsləhətçi vəzifəsində işləyib.
2015-2017-ci illərdə "Azərbaycan" Universitetinin rektoru, 2017-2020-ci illərdə "Bakı Beynəlxalq Dəniz Ticarət Limanı" QSC-də baş direktorun müavini vəzifəsində çalışıb.
2021-ci ildən nazir Rəşad Nəbiyevin müşaviri vəzifəsində çalışırdı.