Rusiyada 10 yaşlı oğlan ehtiyyatsızlıqdan həmyaşıdını öldürüb.
Hadisə Krasnoyarsk vilayətinin Lesosibirsk şəhərində baş verib.
Strelka kəndindən olan Maksim adlı uşaq təsadüfən dostu Nikitanı atasının karabinindən güllələyib. Qarajda oynayan zaman seyfdən atasının silahını götürən Maksim onu dostuna doğruldaraq atəş açıb. Bədbəxtlikdən silah dolu olub və güllə uşağın qarın nahiyəsinə dəyib. Nikita tibb məntəqəsinə aparılsa da, həkimlər həyatını xilas edə bilməyiblər.
Faktla bağlı araşdırma başladılıb.
Mənbə: Komsomolskaya pravda