1920-ci ilin 28 apreli Azərbaycan Xalq Cumhuriyyətinin bolşeviklər tərəfindən işğalı günü kimi tariximizə düşüb.
Bu günün memarlarından biri, həm də birincisi görkəmli Azərbaycan yazıçısı, siyasətçisi və dövlət xadimi Nəriman Nərimanov hesab olunur.
Təkcə elə Cümhuriyyətə “de-yure” son qoyan Azərbaycan Müvəqqəti Hərbi İnqilab Komitəsinin sədri olması faktı Nərimanova münasibətdə cəmiyyətimizdə mənfi fikirdə olanları haqlı çıxarır.
İTV-nin Nəriman Nərimanov barədə hazırladığı reportajı təqdim edirik: